• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ortaq türk əlifbası hazırlana bilər - Ərdoğan AÇIQLADI

DÜNYA

03 Noyabr 2023 | 16:45

Ortaq türk əlifbası hazırlana bilər - Ərdoğan AÇIQLADI

Türk dövlətlərinin birliyi üçün vahid türk əlifbasının tətbiqi vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Birliyimiz üçün dil və ortaq əlifba önəmlidir. Bu məsələdə prezidentlərin dəstəyi vacibdir. Ali Təhsil Şuramız bu istiqamətdə öz təkliflərini TDT katibliyinə məruzə edib. Ümid edirik ki, bu təkliflər yüksək qiymətləndiriləcək”, - deyə R.T. Ərdoğan əlavə edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026