• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Berbok Ermənistandadır

DÜNYA

03 Noyabr 2023 | 15:40

Berbok Ermənistandadır

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfərə gedib.

Bakıvaxtı.az  xəbər verir ki, almaniyalı nazir artıq paytaxt İrəvana çatıb.

Xatırladaq ki, Almaniya XİN rəhbəri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, xanım Berbok Ermənistanda Qarabağı könüllü tərk edən erməni vətəndaşlarının qəbulu mərkəzinə baş çəkməyi planlaşdırır. Sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətinə nəzarət etmək məqsədi daşıyan Aİ-nin Ermənistandakı monitorinq missiyasının (EUMA) üzvləri ilə də danışıqlar planlaşdırılır.

O, sabah Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026