• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

DÜNYA

03 Noyabr 2023 | 15:43

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya Hava Kosmik Qüvvələrinin qırıcıları bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 10 təyyarəsini və bir helikopterini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində 8 hücumunu dəf edib, nəticədə Ukrayna tərəfi 760-dan çox hərbçisini itirib.

"Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Donetsk istiqamətində 6 hücumu dəf edib və Kurdyumovka, Kleşçeevka və Marinka yaxınlığında Ukrayna Silahlı Qüvvələrini darmadağın edib. Ukrayna Silahlı Qüvvələrinin bir həftə ərzində Xerson istiqamətində itkiləri 550-yə qədər hərbçi təşkil edib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026