• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avrozonada işsizlik artıb

DÜNYA

03 Noyabr 2023 | 16:36

Avrozonada işsizlik artıb

Avrozonada işsizlik səviyyəsi sentyabrda artaraq 6,5%-ə çatıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Statistika İdarəsinin (Eurostat) sentyabr ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərində yer alıb.

Qeyd olunub ki, Aİ-də avqust ayında yüzdə 6 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti sentyabr ayında dəyişməz qalıb.

Avrozonada avqustda yüzdə 6,4 olan işsizlik nisbəti sentyabrda yüzdə 6,5 olub. Xatırladaq ki, ötən ilin sentyabrında işsizlik səviyyəsi Avrozonada 6,7%, Aİ-da isə 6,1% olaraq müəyyən edilmişdi.

Aİ-yə uyğun məlumatlara görə, sentyabrda işsizlik nisbəti İspaniyada 12, Yunanıstanda 10, İsveçdə 7,8, İtaliya və Estoniyada 7,4, Fransa və Finlandiyada isə 7,3% təşkil edib. Sentyabrda Aİ-da işsizlərin sayı 13 milyon 26 min ikən, onların 11 milyon 17 mini Avrozonada olub.

Sentyabrda 25 yaşa qədər işsiz gənclərin sayı Aİ-də 2 milyon 741 min, Avrozonada isə 2 milyon 232 min olaraq müəyyən edilib. Gənclər arasında işsizliyin səviyyəsi Aİ-də 14,2%, Avrozonada isə 14% olaraq ölçülüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026