Pəncşir, Pərvan və Bağlan əyalətlərinin müxtəlif bölgələrində Əfqanıstan Müqavimət Cəbhəsi qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşmalar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asvaka mənbələrə istinadən çərşənbə günü məlumat yayıb.
Döyüşlər çərşənbə axşamı yerli vaxtla saat 23:00 radələrində yaraqlıların hücumundan sonra başlayıb və hələ də davam edir. Ölənlərin sayı məlum deyil.
Bir gün əvvəl silahlılar üç vacib bölgəni və Pancşir keçidlərini ələ keçirdiklərini və yaxın gələcəkdə tam qələbəni elan edəcəklərini açıqladılar. Lakin sonradan müqavimət qüvvələri bu məlumatı təkzib etdilər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















