• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

PL: IX tur "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi üçün yubileylə əlamətdar olub

İDMAN

27 Oktyabr 2025 | 10:12

PL: IX tur Araz-Naxçıvanın yarımmüdafiəçisi üçün yubileylə əlamətdar olub

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Qeyd edək ki, Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025