• Bakı 12° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

"Qarabağ" "Napoli"yə uduzdu - YENİLƏNİB

İDMAN

25 Noyabr 2025 | 20:07

Qarabağ Napoliyə uduzdu - YENİLƏNİB

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv V turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə uduzub.

Əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.

 

***19:32

"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu qaldığı yerdən davam edir.

Bakıvaxtı.az-ın məlumatına görə, İtaliyada baş tutan və şiddətli yağış səbəbindən 61-ci dəqiqədə yarımçıq dayandırılan matçda fasilə başa çatıb.

Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.

"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.

 

***19:16

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan Bakıvaxtı.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


SON XƏBƏRLƏR