• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident: "Ağıllı kənd" digər ərazilərdə də olacaq!

SİYASƏT

17 Yanvar 2023 | 22:26 | Müəllif: Subhan Mahmudov

Prezident: "Ağıllı kənd" digər ərazilərdə də olacaq!

"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.

Prezident Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026