• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin Ərdoğan və xanımının tezliklə sağalmasını arzulayıb

DÜNYA

06 Fevral 2022 | 18:58 | Müəllif: Qalib İbrahimoğlu

Putin Ərdoğan və xanımının tezliklə sağalmasını arzulayıb

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşına koronavirusdan tez sağalmasını və uzun illər sağlamlıq diləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəı Kreml məlumat yayıb.

"Hörmətli cənab Prezident, əziz dostum, mən sizi və xanımınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək", - Kremlin saytı Putindən sitat gətirib (report.az)

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026