• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əsir götürülən rusiyalı pilot: İstifadə olunan bombalar... -VİDEO

DÜNYA

08 Mart 2022 | 18:33 | Müəllif: Subhan Mahmudov

Əsir götürülən rusiyalı pilot: İstifadə olunan bombalar... -VİDEO

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş daha bir rusiyalı pilotun görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, kamera qarşısında danışan rusiyalı pilot Ukrayna şəhərlərinə zərbə endirilərkən yüksək dəqiqlikli silahlardan istifadə olunmadığını etiraf edib. O, qeyd edib ki, istifadə olunan bombalar idarə olunmayan bombalardır.

Bu cür bombalar isə xüsusən dinc əhalinin yaşadığı ərazilərdə istifadə olunduqda dəhşətli fəsadlar törədir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi aviazərbələr zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunduğunu iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026