• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurdular

DÜNYA

07 Aprel 2022 | 14:01

Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurdular

Sumı vilayətində Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

Bundan əlavə, o qeyd edib ki, Rusiya ordusunun geri çəkilməsindən sonra bölgədə minalardan təmizlənmə işləri aparılır:

“Xüsusilə, Romenski rayonu ərazisində mütəxəssislər RBK-500 aviabombasının elementlərini aşkar edərək məhv ediblər. Onlar hər an partlaya bilərdi.

Konotop rayonunun Sloboda kəndində isə sakinlərin bağlarında, yaşayış binalarından 300 metr aralıda partlamamış, deformasiyaya uğramış FAB-500SHR aviabombası tapılıb, o da zərərsizləşdirilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026