Qlobal aclıq böhranına qarşı Ukrayna limanları təcili açılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli deyib.
“Hazırda Ukraynanın taxıl anbarları dolub. Eyni zamanda, dünyada 44 milyon insan ac qalmaq təhlükəsi ilə üz-üzədir. Biz bu limanları açmalıyıq. Dünya bunu tələb edir, çünki qlobal miqyasda yüz milyonlarla insan bu resurslardan asılıdır. Vaxt tükənir və hərəkətə keçməsək hər kəsin düşündüyündən də daha artıq böhran olacaq”, - D.Bizli bildirib.(axar.az)
















