Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Rusiya ilə əsir mübadiləsinin olduğunu və bu çərçivədə 11-i qadın olmaqla ümumilikdə 41 ukraynalının xilas edildiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Vereşçuk açıqlamasında bu təxliyə edilənlərdən 28-nin hərbçi, 13-nün isə mülki şəxs olduğunu bildirib.
"Yeni əsir mübadiləsi baş verib. 41 nəfər, o cümlədən 11 qadın geri qayıdıb. 28 hərbçi və 13 mülki şəxs öz evlərinə qayıdır. Bu gün azad edilənlər arasında Ukrayna Pravoslav Kilsəsinin keşişinin də olması xüsusilə sevindirici haldır", - İrina Veresçuk bildirib.
Ukrayna hakimiyyətinin dünən verdiyi açıqlamada Rusiyanın müharibə elan etməsindən sonra Rusiya qüvvələri ilə 9 əsir mübadiləsi aparıldığı və nəticədə 324 ukraynalının xilas edildiyi bildirilib.
Aytac Aslan
















