• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Neçə ölkədə meymunçiçəyi qeydə alınıb?

DÜNYA

05 Iyun 2022 | 19:43

Neçə ölkədə meymunçiçəyi qeydə alınıb?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə müşahidə edilib.

Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026