• Bakı 18° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib

İDMAN

27 Oktyabr 2025 | 09:10

Qəbələdə bədii gimnastika üzrə Grace of Nature turniri keçirilib

Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan "Ocaq Sport", "Grasiya" İdman Klubu, BGM, RKİM, SİS, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "Dinamo" İdman Cəmiyyəti, Goranboy, Şirvan, Zirə, Naxçıvan, "Mingəçevir-Kür", Abşeron OİK, Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan gimnastlar iştirak ediblər.

Turnirdə fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.

Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə 2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla təltif olunublar.

Qeyd edək ki, "Grace of Nature" turniri gənc gimnastların bacarıqlarını nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025