• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qəbələdə toy sahibləri cərimələndi

CƏMİYYƏT

26 Oktyabr 2021 | 16:06 | Müəllif: Subhan Mahmudov

Qəbələdə toy sahibləri cərimələndi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026