• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda istilik problemi olan məktəblərin sayı açıqlandı

CƏMİYYƏT

25 Noyabr 2021 | 15:46 | Müəllif: Subhan Mahmudov

Bakıda istilik problemi olan məktəblərin sayı açıqlandı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində istilik sistemi ilə bağlı problemlərin olduğu məktəblərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyində olan bəzi məktəblərdə mövcud problemlərin olduğunu xatırladıb.

Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə bu sahədə problem var: "Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir".

M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərin aqibətinə də aydınlıq gətirib: "Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026