• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Evində avtomat saxlayan şəxs həbs edilib

CƏMİYYƏT

25 Dekabr 2021 | 13:33 | Müəllif: Subhan Mahmudov

Evində avtomat saxlayan şəxs həbs edilib

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a  bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb. Daha sonra RPŞ-yə gətirilən D.Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026