• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Koronavirus xəstələrinin karantin müddəti hansı halda uzadıla bilər?

CƏMİYYƏT

24 Yanvar 2022 | 11:55

Koronavirus xəstələrinin karantin müddəti hansı halda uzadıla bilər?

Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halını açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyi keçirən şəxslərdə simptomlar davam edirsə, bu zaman həmin şəxsin karantin müddəti uzadıla bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR