• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeniyetmələrin xaç sevgisi: Bəzək, yoxsa?..

CƏMİYYƏT

23 Fevral 2022 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

Yeniyetmələrin xaç sevgisi: Bəzək, yoxsa?..

Müasir gənclər əsasən qara rəngə, müxtəlif aksessuarlara daha  çox üstünlük verirlər. Yaşlı nəslin nümayəndələri ülgüc, xaç və başqa müxtəlif boyunbağılar taxan yeniyetmələri qınaq obyektinə çevirirlər. Hətta belə yeniyetmələrin gələcəyinin təhlükəli olacağını söyləyirlər.

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, yeniyetməlik dövründə fərqli tərzdə geyinmək həmişə olub: “Bu, yeniyetməlik yaş dövrünün psixologiyası ilə bağlıdır. Yəni, insanlar o yaş dövründə fərqli görünmək, cəmiyyətdən ayrılmaq, seçilmək istəyirlər. Həmişə zaman-zaman emolar, qotlar və sair olub. Hələ də belələri var. Onlar qara rəngə, qara ilə çəhrayı rəngin qarışığına üstünlük verirdilər”.

Psixoloq qeyd edib ki, yeniyetmələrin müxtəlif atributları var: “Özlərinəməxsus zinət əşyalarından istifadə edirlər. İndi ülgücdürsə, vaxtilə pentakl və başqa şeylər olub. Araşdırsaq, görərik ki, tarix boyu həmişə var. Onların həm müsbət, həm də mənfi cəhədləri olub”.

E.Əkbərin dediyinə görə, əsas məsələ valideynlər diqqətli olmalıdırlar ki, uşaqlar mənfi tərəflərin qurbanı olmasın: “Söhbət narkotik istifadəsindən, içki asılılığından, qumara qurşanmaqdan, müxtəlif pis qruplara üzv olmaqdan və dini sektaların qurbanı olmaqdan gedir. Yeniyetmələr daim fərqli geyinirlər, amma əsas məsələ valideynin, cəmiyyətin, ətraf çevrənin üstünə düşür. Həmin yeniyetmələrin zərərli vərdişlərdən asılı olmaması üçün diqqətli olmalıyıq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR