• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

FHN: Ötən gün 22 yanğına çıxış olub

CƏMİYYƏT

25 Dekabr 2021 | 15:37 | Müəllif: Subhan Mahmudov

FHN: Ötən gün 22 yanğına çıxış olub

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 22 halda yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1960-cı il təvəllüdlü Şahbala Allahverdi oğlu Yolçuyevin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR