• Bakı C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Qırğızıstanda paytaxtın köçürülməsi təklif edilib

DÜNYA

22 Yanvar 2025 | 19:23

Qırğızıstanda paytaxtın köçürülməsi təklif edilib

Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib.

Bakıvaxtı.az  Report-a istinadən xəbər verir ki, deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.

"İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır", - deputat bildirib.

Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.


SON XƏBƏRLƏR

18 Yanvar 2026
17 Yanvar 2026