• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Qızıl ixracından gəlirimiz 70%-ə yaxın artdı

İQTİSADİYYAT

28 Noyabr 2025 | 09:58

Qızıl ixracından gəlirimiz 70%-ə yaxın artdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 276,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,4% çoxdur.

Təkcə oktyabrda isə Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % azdır.

10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

27 Noyabr 2025