“Real”ın Çempionlar Liqasındakı ən böyük kambeklərinin reytinqi açıqlanıb.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, “Goal”ın siyahısında 10 geridönüş yer alıb.
Cədvəldəki matçların bəzilərində oyunun, bəzilərində isə cütün taleyini dəyişmək nəsib olub. Ən böyük kambek 2021/22 mövsümünün yarımfinalına təsadüf edib. “Mançester Siti” ilə görüşün 90-cı və 90+1-ci dəqiqələrində qol vuran Rodriqo matçı əlavə vaxta daşıyıb. Kərim Benzemanın 95-ci dəqiqədəki qolu son nöqtəni qoyub.
1. “Real” – “Mançester Siti” – 3:1 (2022)
2. “Real” – “Atletiko” – 4:1 (2014)
3. “Real” – PSJ – 3:1 (2022)
4. “Real” – “Çelsi” – 2:3 (2022)
5. “Real” – “Bavariya” – 2:1 (2024)
6. “Real” – “Volfsburq” – 3:0 (2016)
7. “Mançester Siti” – “Real” – 2:3 (2025)
8. “Liverpul” – “Real” – 2:5 (2023)
9. “Real” – “Bavariya” – 4:2 (2017)
10. “Real” – “Yuventus” – 1:3 (2018)
















