• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

NATO-Rusiya müharibəsi başlaya bilər? - AÇIQLAMA

SİYASƏT

20 Aprel 2022 | 11:30

NATO-Rusiya müharibəsi başlaya bilər? - AÇIQLAMA

"Rusiyanın NATO-nun hərbi bazasını vurması, rəsmi şəkildə Rusiya-NATO müharibəsinin başlanması demək olar".

Bunu Bakıvaxtı.az-a Beynəlxalq siyasət üzrə mütəxəssis Əziz Əlibəyli NATO-nun Rusiya-Ukrayna müharibəsinə girmə ehtimalından danışarkən deyib.

Onun sözlərinə görə, əslində proqnoz edilirdi ki, müharibə Ukraynada başlasın və Rusiyanın sonunu gətirsin:

“Lakin burda hücum edən tərəfin NATO olmaması çox önəmli idi. Bu da Rusiya üçün ölümcül toqquşma olacağından, tərəflər  asmetrik savaşı seçdilər. Yəni Ukraynada savaşan birbaşa rus ordusudu. Lakin rus ordusunun qarşısında NATO ordusu vuruşmur. Sadəcə ikinci əl üsulundan istifadə edərək Rusiyanın qarşısına çıxmağa başladılar. Yəni silah, sursat yardımı ilə NATO Rusiya ilə savaş edir. Bu mənada Rusiya-Ukrayna müharibəsi çevrilib oldu qeyri-rəsmi şəkildə NATO-Rusiya müharibəsi. Bütün hər kəs də bilir ki, bu müharibə Rusiya-Ukrayna yox, NATO-Rusiya savaşıdır”.

Ekspert deyib ki, lakin NATO Rusiya ilə birbaşa rəsmi şəkildə savaşa girə bilməz:

“Amma NATO, Britaniya, ABŞ-ın beyin mərkəzlərinə məxsus olan şəbəkələrdə Ruiyanın Ukraynaya müdaxiləsinin vaxtına, saatına qədər açıqlamaları, bir növ Rusiyanı buna şirnikləndirmələri həmin prosesin NATO-ya yönəlik keçirildiyinin göstəricisidir. Britaniya hökümətinin sabiq təhlükəsizlik eksperti Piter Riket açıqlamasında deyir ki, Putin Rusiyaya silah verən NATO-nun bazalarını bombalaya bilər. Bu bazalar da ən yaxın Baltikyanı ölkələrdə və Polşada yerləşir. Bir müddət bundan əvvəl Putin müxtəlif kanallarla ABŞ-a nota göndərdi ki, Rusiyaya silah göndərməsinlər, əks halda bu günədək istifadə olunmayan silahlardan yararlanacaq. Əslində dorğudan da, Rusiyanın nüvə silahından da təhlükəli hibersonik raketləri var. Bütün bunlar onu göstərir ki, Qərbdən silah daşıyan konboyların yük təyyarələrinə hücumların olması mümkündür. Yəni Rusiya bunu planlayır”.

Ə. Əlibəyli bildirib ki, lakin Rusiyanın NATO-nun hərbi bazasını vurması, rəsmi şəkildə Rusiya-NATO müharibəsinin başlanması deməkdir:

“Bu rəsmi müharibəyə kim gedər? Hesab edirəm ki, Qərb tərəfi ilkin müharibə təcrübəsindən də çıxış edərək, bu müharibəyə gedə bilər. Çünki Bayden Rusiyanın hərbi qüdrətinin məhvində qərarlıdır. Lakin qeyd etdiyim kimi, Rusiya tərəfi verdiyi açıqlamalara əməl etsə, NATO-nun hərbi bazasını vursa, bu müharibə rəsmi şəkildə başlayacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026