Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.
O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb.
Komissiyanın növbəti iclası mayın 23-də keçiriləcək.
***15:06
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
Bakıvaxtı.az-ın xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
*** 08:30
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
İndiyə qədər komissiya 400-dən artıq müraciətə baxıb.
Ramid İbrahimov
















