• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanlı iş adamı Putinlə görüşündən DANIŞDI: Onun səhhəti…

SİYASƏT

18 Iyun 2022 | 15:04 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı iş adamı Putinlə görüşündən DANIŞDI: Onun səhhəti…

“Sülh məsələsi asan proses deyil. Hər iki tərəfdən itkilər var, düşmənçilik mövcuddur. Lakin sonda Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi bağlanacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki İlham Rəhimov news24.az-a Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yubanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ancaq sülh müqaviləsinin gecikməsi Sovet dövründən bizə miras qalan inzibati-sərhəd və Qarabağda yaşayan erməni əhalisinin gələcəyi ilə bağlıdır: “Lakin düşünürəm, bu məsələlər də öz həllini tapacaq. Ermənilər də sonda qəbul edəcəklər ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana mərhələli inteqrasiya edib, bizim vətəndaşlar kimi yaşamaqdan başqa yol onları gələcəkdə daha böyük problemlərlə üzləşdirə bilər. Sadəcə, səbr və siyasətimizi bundan sonra da düzgün müəyyən etməklə qarşıya qoyulan hədəflərə çata bilərik. Biz otuz il səbr edib, lakin hər gün çalışmaqla böyük qələbə qazanmış xalqıq”.

Rusiya-Ukrayna müharibəsindən danışan İ.Rəhimovfevralın 24-dən əvvəl mətbuata müsahibəsində hərbi əməliyyatlar başlasa, bunun böyük faciəyə səbəb olacağını dediyini xatırladıb. Bildirib ki, ümumiyyətlə, müharibə bütün hallarda faciədir: “Bu gün isə ən çox bu faciəni yaşayan elə Ukrayna xalqıdır. Ukraynada yaşayan ukraynalılar və ruslardır.

Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl başda ABŞ olmaqla bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməlyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı. Bundan əlavə, Ukrayna prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhəddə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?!”

Münaqişənin həllinə gəlincə, professor dünyada bütün müharibələrin sonda masada sülhlə bitdiyini deyib: “Ümumiyyətlə, sonda böyük dövlətlərin razılaşması qaçılmazdır. Bu gün Qərb Rusiya qarşıdurması nə qədər kəskin olsa da, sonda böyük güclər bu və ya digər formada razılığa gəlməyə məcburdurlar. Bu olmadığı təqdirdə nə regionda, nə də dünyada sülh və stabilliyin təmin olunması mümkün deyil. Səbəb isə nüvə silahına malik dövlətlərin bir-birini məğlub etməsi, sadəcə fiziki cəhətdən mümkün deyil”.

“Rusiya prezidenti Vladimir Putinin ağır xəstəliyə tutulması ilə bağlı fikirlər səslənir. Sonuncu dəfə nə zaman görüşmüsünüz Putinlə” sualını da cavablandıran İlham Rəhimovbu barədə ondan çox adamın soruşduğunu deyib: “Mən başa düşürəm, bu da informasiya müharibəsinin bir hissəsidir. Hardasa nəsə yazırlar, sonra bunu yayırlar”.

Rəhimov təxminən bir ay əvvəl Kremldə Putinlə görüşüb bir saat söhbət elədiyini bidirib. Azərbaycanlı iş adamı Rusiya prezidentinin səhhətində heç bir problem olmadığını vurğulayıb: “Həmişə gördüyüm kimi sağlam, gümrah fiziki formasındadır. Adətən, həmişə olduğu kimi çox yüksək əhvalda və özünəinamlı idi. Yəni reallıq budur”.

Görüşəndə Qarabağ mövzusunda danışılıb-danışılmamasına gəlincə, İlham Rəhimov bildirib ki, səbr nümayiş etdirməklə və düzgün siyasətlə hər şey yaxşı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR