• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rişi Sunak Netanyahu ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

CƏMİYYƏT

19 Yanvar 2023 | 17:49

Rişi Sunak Netanyahu ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

Britaniyanın Baş naziri Rişi Sunak bu gün səhər saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb və onu yenidən vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, liderlər Böyük Britaniya-İsrail əlaqələrini inkişaf etdirmək üçün birgə işləməyi səbirsizliklə gözlədiklərini bildiriblər. Qeyd edilib ki, ticarət sahəsində Böyük Britaniya artıq İsrailin Avropadakı ən mühüm tərəfdaşıdır. Liderlər razılaşıblar ki, hazırda müzakirə olunan Böyük Britaniya-İsrail Azad Ticarət Sazişi texnologiya və xidmətlər kimi sahələrdə hər iki ölkə üçün əlavə imkanlar aça bilər.

“Rişi Sunak və Baş nazir Netanyahu həmçinin Böyük Britaniya və İsrail arasında təhlükəsizlik məsələlərində əməkdaşlığı müzakirə ediblər, hər iki ölkədə regional sabitliyin təşviqində maraqlı olduğunu qeyd ediblər", - deyə Britaniya baş nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada deyilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026