• Bakı 17° C

    1.68 m/s

Rusiya Xarkova ardıcıl zərbələr endirdi

DÜNYA

16 Iyul 2023 | 21:35 | Müəllif: Subhan Mahmudov

Rusiya Xarkova ardıcıl zərbələr endirdi

Bu gün Rusiya Xarkovu vurdu. Bu, günün əvvəlindən şəhərə ikinci hücumdur. Osnovyanski rayonuna zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu şəhərin meri İqor Terexov deyib.

"Xarkov günün əvvəlindən ikinci dəfədir düşmən hücumuna məruz qalır. İlkin zərbə Osnovyanski rayonuna edilib. Ehtiyatlı olun və hava hücumu zamanı sığınacaqlardan istifadə edin", - Terexov bildirib.

Eyni zamanda, Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov da Xarkova hücumlar barədə məlumat verib. Onun sözlərinə görə, qəza yerinə təcili yardım briqadaları gedib:

"İşğalçılar Xarkova hücum ediblər. Müvafiq xidmətlər çağırış yerinə gedib. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026