Çində yenidən xarici işlər naziri vəzifəsinə təyin olunan Vanq Yinin Sinqapurda qalstuklu diplomatik jesti sosial mediada yayılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddət ictimaiyyətdən uzaqlaşdıqdan sonra vəzifədən atılan Qin Gangın yerinə yenidən Çinin xarici siyasət idarəsinin rəhbəri təyin edilən Vanq Yi xaricə səfərlərini davam etdirir.
Vanq Yi ötən həftə Cənub-Şərqi Asiya turunun ilk mərhələsi olan Sinqapura səfər edib.
Sinqapurun xarici işlər naziri Vanq Yini qalstuksuz qarşıladığı üçün çinli nazir də qalstukunu çıxarıb. Daha sonra Yinin köməkçisi Sun Weidong da qalstukunu çıxarır.
Qeyd edək ki, çinli nazirin bu addımı sosial mediada müsbət qarşılanıb.
Ay Tac









jpg-1694691318.webp)



