• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kremldən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

DÜNYA

14 Sentyabr 2023 | 15:33

Kremldən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır. Moskva Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, gərginlik səngimir, hətta bəzi yerlərdə artmağa meyllidir.

"Əlbəttə ki, biz gərginliyin səngiməməsindən və hətta bəzi məntəqələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq...”, - Kremlin sözçüsü Moskvanın Qarabağ ətrafında gərginliyin artması ilə bağlı sualı cavablandırarkən deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026