Ay tam birləşmə halında Günəşin qarşısından keçib Günəşi tam örtmədikdə müşahidə edilən “Atəş halqası” kimi tanınan həlqəvi Günəş tutulması Şimali, Mərkəzi və Cənubi Amerika səmalarında görünəcək. Qarşısına çıxanlar üçün unikal mənzərə, alimlər üçün isə nadir fürsət yaradacaq.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın məlumatına görə, hava şəraitinin imkan verdiyi halda pik nöqtəsi 5 dəqiqə 17 saniyə olacaq Günəş tutulması Alyaska da daxil olmaqla ABŞ-ın 49 ştatının hamısında görünəcək.
Tutulma ABŞ-da Sakit okean vaxtı ilə saat 09.13-də başlayacaq. NASA rəsmisi Kelli Korrek tutulma günü yerli vaxtla saat 11.30-dan başlayaraq NASA-nın Nyu Meksiko ştatının Albuquerque, Kirbyville, Texas, White Sands və New Mexico şəhərlərindən canlı görüntüləri paylaşacağını bildirib.
Ay Tac
















