• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Makaronu qızdırıb yedi: bir neçə saatdan sonra ölü tapıldı

DÜNYA

14 Sentyabr 2023 | 15:27

Makaronu qızdırıb yedi: bir neçə saatdan sonra ölü tapıldı

Belçikada tələbə makaron yedikdən bir neçə saat sonra ölüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə  Brüsseldə qeydə alınıb. Belə ki,  AJ kimi tanınan tələbə dostları ilə idman zalına getməzdən əvvəl bir neçə gün öncə hazırlayıb otaq temperaturunda saxladığı qiymə souslu makaronu mikrodalğalı sobada qızdırıb yeyib. Bir müddət sonra evə qayıdan oğlanın başı və mədəsi ağrıyıb. AJ həm qusub, həm də ishal olub. Buna baxmayaraq, problemlərin öz-özünə keçəcəyini düşünərək yatıb. Su içib yatan gənc ertəsi gün dərsə getməyəndə dostları narahat olub ailəsinə xəbər veriblər. Evi yoxlayan ailə talesiz gəncin cansız bədəni ilə qarşılaşıb.

Yarılmadan sonra AJ-nin səhər saat 4-də, yəni yemək yedikdən 10 saat sonra öldüyü müəyyən edilib. Ölüm səbəbi məhkəmə-tibb ekspertizasının hesabatında qaraciyər nekrozu və kəskin pankreatit kimi göstərilib.

2008-ci ildə baş verən şok hadisə məşhur tibb jurnalı "Journal of Clinical Microbiology"də nəzərdən keçirilib. Jurnalda dərc olunan analizə görə, AJ-nin ölümündən sonra götürülən nəcis nümunələrində Bacillus cereus varlığı aşkar edilib.

Qida zəhərlənməsinə səbəb olan bakteriyalardan biri olan Bacillus cereusa tarlalarda, bağlarda, ət və süd məhsullarında rast gəlinir.Riskli qidalar arasında ət, süd, düyü, pudinq, tort, tərəvəz, balıq, makaron və pendir var.

Bacillus cereus istiliyə davamlı olduğu üçün bişmiş yemək otaq temperaturunda qaldıqda sporları sürətlə çoxalır və zəhərli olur.

Qeyd edək ki, makaron və düyüdə yaşanan bu vəziyyət “qovrulmuş düyü sindromu” olaraq da bilinir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR