• Bakı 17° C

    6.58 m/s

Rusiyadan Qərbə YENİ XƏBƏRDARLIQ: Ukrayna xalqı ödəyəcək

DÜNYA

23 Yanvar 2023 | 15:35

Rusiyadan Qərbə YENİ XƏBƏRDARLIQ: Ukrayna xalqı ödəyəcək

Birinci ilinin tamam olmasına həftələr qalmış Rusiya-Ukrayna müharibəsində Qərb ölkələri Ukraynaya kömək etməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq, yeni silah tədarükündən sonra açıqlamalar verən Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrində narahatlığın durmadan artdığını bildirib.

Peskov başda Almaniya olmaqla, Qərb ölkələrinin Ukraynaya mümkün tank göndərişlərini qiymətləndirib:

“Ukraynanın texnoloji səviyyəsini yüksəltməsi ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan bütün ölkələr bu vəziyyətə görə məsuliyyət daşıyır”.

O, bütün bunların əvəzini Ukrayna xalqının ödəyəcəyini vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026