• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyadan rəsmi açıqlama: Geri alına bilər

DÜNYA

22 Fevral 2023 | 12:38

Rusiyadan rəsmi açıqlama: Geri alına bilər

Rusiya ABŞ ilə imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsini dayandırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisin iclasındakı bəyan edib.

Putinin bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyi sosial mediada yazılı açıqlama verərək Yeni START-dan çəkilmə qərarlarının səbəblərini sadalayıb: "Bu gün ABŞ açıq şəkildə Rusiyaya "strateji məğlubiyyət" verməyə çalışır və Vaşinqtonun qızışdırdığı gərginlik Ukrayna böhranından çox-çox kənara çıxır. ABŞ və Qərb onun rəhbərliyi altında ölkəmizə zərər vurmağa çalışır. ABŞ siyasətinin Rusiyanın milli təhlükəsizliyinə zərbə vurmağa yönəldiyini göstərmək üçün hər cür səbəb var. Bu, müqavilənin əsaslandığı "START" bəndlərinin prinsipinə ziddir. Əslində, söhbət START-ın imzalandığı dövrlə müqayisədə şərtlərin köklü dəyişməsindən gedir."

Bəyanatda Rusiyanın təhlükəsizliyinin NATO və Qərb dövlətləri tərəfindən nüvə vasitələri ilə təhlükə altına alındığına diqqət çəkilir: “Bütün qeyd olunan hallar əsasında Rusiya tərəfi ABŞ-ın Yeni START-ı əhəmiyyətli dərəcədə pozduğu, yəni sazişin məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün prinsipial əhəmiyyət kəsb edən pozuntu olduğu qənaətinə gəlməli oldu”.

Bəyanatda Rusiya tərəfinin razılaşmaya qayıda biləcəyi bildirilib: "START sazişinin dayandırılması ilə bağlı qərar geri qaytarıla bilər. Bunun üçün Vaşinqton siyasi iradə nümayiş etdirməli, ümumilikdə gərginliyi azaltmaq üçün vicdanlı səylər göstərməli, sazişin tam icrası üçün şərait yaradılmalı və müvafiq olaraq, icra imkanları hərtərəfli təmin edilməlidir".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026