• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

DÜNYA

24 Mart 2023 | 09:09 | Müəllif: Subhan Mahmudov

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İan mediası məlumat yayıb.

Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərinə də qatılıb.

“Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik”, - deyə o, qoşunlara müraciətində deyib.

Qeyd edək ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026