• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Taliban” Səudiyyə Ərəbistanına müraciət edib

DÜNYA

23 Aprel 2023 | 09:03 | Müəllif: Subhan Mahmudov

“Taliban” Səudiyyə Ərəbistanına müraciət edib

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Səudiyyə Ərəbistanına müraciət edərək Ər-Riyadı öz diplomatlarını Kabilə qaytarmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, “Taliban”ın nüfuzlu üzvlərindən olan Zabihullah Mücahid Səudiyyə Ərəbistanını əmin edib ki, diplomatların təhlükəsizliyi tam təmin olunacaq.

“Şübhə yoxdur ki, Əfqanıstan İslam Əmirliyi (“Taliban”ın istifadə etdiyi dövlət adı - red.) Kabildəki diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün bütün səyləri göstərir. İndiyə qədər diplomatların təhlükəsizliyi təmin edilib. Biz istəyirik ki, heç kim bizim ölkədə qorxu altında olmasın” - hərəkatın nümayəndəsi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026