• Bakı 17° C

    4.03 m/s

Rusiyanın məşhur güləşçisi Bakıdakı turnirə buraxılmadı

İDMAN

04 Aprel 2024 | 09:45 | Müəllif: Subhan Mahmudov

Rusiyanın məşhur güləşçisi Bakıdakı turnirə buraxılmadı

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Əbdülrəşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Mixail Mamiaşvili dördqat dünya çempionunun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarı ilə yarışda iştirak etməyəcəyini bildirib:

"IOC növbəti yoxlamalardan sonra turnirlərə buraxılmayanların siyahısını açıqlayıb. Təəssüf ki, onların arasında komandanın kapitanı Əbdülrəşid Sadulayev də var. Dünya Güləş Birliyi (UWW) ilə dərhal əlaqə saxladıq, onu Əlixan Cəbrayılovla əvəzlədik".

Qeyd edək ki, sabah Milli Gimnastika Arenasında start götürəcək yarış üç gün davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026