• Bakı 17° C

    10.15 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Sabah 30 dərəcə isti olacaq

CƏMİYYƏT

18 Aprel 2024 | 12:28

Sabah 30 dərəcə isti olacaq

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.


    SON XƏBƏRLƏR