"11-ci sinif imtahanlarından göstəricilər qənaətbəxşdir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il bəzi ixtisasların qəbul ballarında artım ola bilər:
"Bizim nəticələrimiz ötən ilə nisbətdə 13 bal artıb. Azərbaycan dili imtahanlarında orta bal yüksəlib. Riyaziyyat fənnində də artım var. Düzdür, xarici dillərdə o qədər də çox artım olmayıb. Ötən illə müqayisədə demək olar ki, eynidir. Ola bilər ki, bu il bəzi ixtisasların qəbul ballarında 1,2 bal artım olsun. Bu da imtahan nəticələrindən və həmin ixtisaslara neçə nəfərin sənəd verəcəyindən aslıdır".
Ziyafət Əlisoy
















