• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şabranda çayxana YANDI

CƏMİYYƏT, HADİSƏ

13 Yanvar 2023 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

Şabranda çayxana YANDI

Şabranda yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yahğın şəhərdə fəaliyyət göstərən çayxalarının birində qeydə alınıb. Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli obyektin (çayxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (1-ci mərtəbəsi yem dükanı, 2-ci mərtəbəsi çayxana kimi fəaliyyət göstərir) ikinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026