• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şamaxıda cip dərəyə aşdı - YENİLƏNİB

HADİSƏ

05 Dekabr 2022 | 16:30

Şamaxıda cip dərəyə aşdı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bakıvaxtı.az-a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən də yollarda nəzarət tədbirləri gücləndirilib:

"Qeyd olunan ərazidə gün ərzində ciddi, yəni xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən həmin ərazinin qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülür. Bir daha  hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə tövsiyə olunur ki, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə zəruri ehtiyat tədbirləri görsünlər, eləcə də sürət həddini hava şəraitinə uyğun seçsinlər".

 

16:10

Şamaxıda güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, yollar buz bağlayıb və təhlükəli yollarda avtomobillər idarəetməni itiriblər. Problem əsasən, Əngəxəran, Məlhəm və Çuxuryurd kəndlərinə gedən yollarda yaşanıb. Həmin maşınlardan biri yol kənarına aşıb. Toyota Prado markalı avtomobilin sürcüsü digər sakinlərin köməyi ilə maşından çıxarılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026