Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.
Su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materiallar aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.