• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Şarl Lekler Bakıda qəza törətməsinin səbəbini açıqladı

FORMULA 1

14 Sentyabr 2024 | 11:11

Şarl Lekler Bakıda qəza törətməsinin səbəbini açıqladı

"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az "Motorsport Week" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib: "Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən baryerə çırpıldım. Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur".

Lekler ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb: "Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".

Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.Report


SON XƏBƏRLƏR