• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama

SİYASƏT

12 May 2026 | 11:06 | Müəllif: Əli Hüseynov

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR