• Bakı 17° C

    2.69 m/s

Nazirlikdən valideynlərə XƏBƏRDARLIQ: "...viruslara məktəbdə yoluxacaq"

CƏMİYYƏT

01 Noyabr 2023 | 15:14

Nazirlikdən valideynlərə XƏBƏRDARLIQ: "...viruslara məktəbdə yoluxacaq"

"Bir çox valideyn deyir ki, uşağın xəstələməyindən bezib bağçadan çıxardıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda deyib.

T.Əyyubov qeyd edib ki, əgər immunitet formalaşmayıbsa, uşaq məktəbdə də xəstələnəcək.: "Onda nə edəcəksiniz? Uşaqların qan analizinə baxdıqda da məlum olur ki, 4 yaşa qədər olan uşaqların tez-tez xəsələnməsi normaldır. 4 yaşa qədər olan uşaqlarda viruslara qarşı olan mübarizə daha çoxdur".

Onun sözlərinə görə, yaradan yaradanda bilib ki, viruslara yoluxa bilər və immun yaddaşı yaratmaq üçün onlara qarşı mübarizə yaradıb.

Mütəxəsssis bildirib ki, 4 yaşdan böyük uşaqlarda isə virusa qarşı müdafiə azalır, bakteriyaya qarşı çoxalır: "Siz uşağı bağçadan çıxarıb təcrid etdikdə isə uşaqda immun yaddaşı yaranmır və daha çox xəstələnir. Yəni uşaq bağçada yoluxmadığı viruslara məktəbdə yoluxacaq".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026