• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şevçenko İtaliya klubunu ala bilər

İDMAN

04 May 2022 | 21:48 | Müəllif: Subhan Mahmudov

Şevçenko İtaliya klubunu ala bilər

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko klub sahibi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Keçmiş hücumçunun İtaliya C seriyasında çıxış edən "Peskara"nın səhmlərini almaq istədiyi bildirilib. Onun İtaliya konsorsiumu ilə birgə bunu etmək niyyətində olduğu qeyd olunub.

"Peskara" C seriyasının B qrupunda 5-cidir. Komanda yeni mövsümdən B seriyasında iştirak etməyə əsas namizədlərdəndir.  Şevçenkonun bu gün "Peskara"nın C Seriyasında "Qubbio" ilə matçını stadiondan izləyəcəyi bildirilib.

Qeyd edək ki, Şevçenko son olaraq İtaliyanın "Genua" klubunu çalışdırıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR