• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Neftçi"də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib

İDMAN

03 Iyun 2022 | 18:03

"Neftçi"də Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib

"Neftçi” Peşəkar Futbol Klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

Bakıvaxtı.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026