• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Barselona" "Çelsi"nin kapitanı ilə danışıqları dondurub

İDMAN

03 Iyul 2022 | 17:29

"Barselona" "Çelsi"nin kapitanı ilə danışıqları dondurub

"Barselona" İspaniya millisinin və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı Sesar Asplikueta ilə danışıqları dayandırıb.

Bakıvaxtı.az "Sport.es"ə istinadən xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin London təmsilçisi ilə müqaviləsinin avtomotik olaraq, daha bir il uzanması səbəb olub.

"Zadəganlar"ın maliyyə tələbini qarşılamaqda çətinlik çəkən Kataloniya klubu danışıqlar prosesini dondurub.

Bununla belə, Xavi Ernandesin rəhbərlik etdiyi komandanın əsas hədəfi əvvəlkitək təcrübəli oyunçudur.

Qeyd edək ki, Sesar Asplikueta ötən mövsüm "Çelsi"də 47 oyun keçirib. O, 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026