• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ronaldo "Mançester Yunayted"dən bunu xahiş etdi

İDMAN

02 Iyul 2022 | 22:30 | Müəllif: Subhan Mahmudov

Ronaldo "Mançester Yunayted"dən bunu xahiş etdi

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubu tərk etməkdə israrlıdır. 

Bakıvaxtı.az xəbər veri ki, bu barədə "The Times" məlumat yayıb. 37 yaşlı hücumçu “qırmızı şeytanlar” rəhbərliyindən yaxşı təklif olarsa, onu satmağı xahiş edib. Ronaldo peşəkar karyerasının sonu yaxınlaşdığı üçün Çempionlar Liqasında oynamaq istəyir. 

Bundan əvvəl də Kriştianunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilirdi. Qeyd olunub ki, hücumçu Premyer Liqadakı rəqibləri ilə müqayisədə klubun transfer bazarındakı işlərindən narazıdır. Ronaldo ilə "Roma", "Sportinq", "Çelsi" və "Bavariya"nın maraqlandığı qeyd olunur. Buna baxmayaraq, “Mançester Yunayted” ulduz oyunçu ilə yolları ayırmaq istəmir.

Qeyd edək ki, Ronaldo ötən il "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.(Qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR